Azərbaycan-İran iqtisadi əlaqələri müzakirə edilib

10:20 18.09.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Baş nazirin müavini, Azərbaycan-İran Birgə İqtisadi Komissiyasının sədri Şahin Mustafayev İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi ilə iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib. 

Hafta.az-ın İran səfirliyinə istinadən verdiyi məlumata görə, görüşdə ikitərəfli münasibətlər, xüsusilə iqtisadiyyat, ticarət sahəsindəki son vəziyyət, ortaq layihələr, ikitərəfli əlaqələrin genişləndirilməsi yolları müzakirə edilib. İki saat davam edən görüşdə tərəflər inkişaflar və maneələri, habelə iki ölkənin ortaq iqtisadi əlaqələrindəki maneələri araşdırıb. Eyni zamanda, İran və Azərbaycanın Yollar və Yol Nəqliyyat Təşkilatlarının rəsmiləri arasında onlayn danışıqlar aparılıb.

İran Yollar və Nəqliyyat Təşkilatının Beynəlxalq Tranzit və Nəqliyyat Ofisi Baş direktoru və Azərbaycan Avtomobil Nəqliyyatı Xidmətinin rəhbərliyi ilə keçirilən iclasda tərəflər Azərbaycanna daxil olan İran yükləri ilə bağlı məsələləri müzakirə edib. Daşınma (sığortalı yükün bir nəqliyyat vasitəsindən digərinə köçürülməsi) ilə əlaqəli, iranlı sürücülərin Azərbaycan tərəfin avtoparkında mövcud olan obyektlərin uyğunsuzluğu ilə bağlı narazılığına dair məsələlərin diqqət saxlanılmasına dair fikir mübadiləsi aparılıb. Bütün İran yüklərinin Azərbaycan ərazisində son mənzilədək müşayiət olunması və iki ölkə arasında pasport mübadiləsinin artırılması ilə bağlı məsələlər də müzakirə olunub.

Oxunma sayı 2485