Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdən ən çox Türkiyəyə məhsul göndərib

16:48 30.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvar-oktyabr aylarında Azərbaycanın ən çox məhsul ixrac etdiyi İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələri sırasında ilk üçlükdə Türkiyə, Tunis və Malayziya qərarlaşıb. Türkiyəyə ixracın dəyəri 2 milyard 319,7 milyon dollar, Tunisə 293,5 milyon dollar, Malayziyaya isə 60,5 milyon dollar olub.

Hafta.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ötən ilin müvafiq dövrünə nisbətən hər 3 ölkəyə məhsul ixracında artım müşahidə edilib.

Oxunma sayı 864