Evimizə gəlin gəlirg

15:15 08.10.2011
Yazını böyüt
Yazını kiçilt

Gəlin maşınları “bazarı“nda zövqlər də dəyişib

Toy gününün yaddaqalan keçməsi, ömür boyu xatirələrdə qalması və bəzən də qonşulardan dala qalmamaq üçün hər kəs əlindən gələni edir. Ancaq toya çəkilən xərclər və dəbdəbə həvəsi bu tarixi günün sevincini bəzən təzə bəy və gəlinə tez “unutdurur“. Çünki şadlıq sarayından tutmuş gəlin maşınına qədər yeni cütlüyün işi düşdüyü hər yerdə onlara elə bir “toy“ tuturlar ki, doğrudan da bu tarixi gün onların xəyallarından silinmir.

Toyun ən vacib atributlarından hesab olunan gəlin maşınına çəkilən xərcləri də unutmaq olmaz. Çünki nə qədər adi görünsə də, əslində ona çəkilən xərc heç də digərlərindən az olmur. Bəs görəsən maşın xərci təzə bəyə neçəyə başa gəlir? Evlənəcək cütlüklərə bizim də bir köməyimiz dəysin deyə bu məsələni araşdırmağa çalışdıqg
“Pobeda-mobeda“
bilmərəmg“

Ondan başlayaq ki, şəhərdə cəmi bir neçə yerdə bu cür maşınları kirayələmək olar: “Gənclik“, “Xalqlar dostluğu“ və “20 Yanvar“ metrolarının həndəvəri. Hər bazarın öz müştərisi, öz maşınları var. Sahibkarların sözlərinə inansaq, artıq kirayə toy maşınları arasında “Limuzin“lər adda-budda tapılır. Çünki nə şəhərin nəqliyyatı, nə də insanların zövqü buna cavab vermir. Vaxt vardı oğlan evi qız qapısına “Çayka“ markalı maşınla getməyi böyük şərəf sayardı. İllər sonra “Çayka“nı “Mercedes-600“, daha sonra isə “Limuzin“ əvəzlədi. İndi yenidən gənclər nostalji əhvali-ruhiyyədə “Çayka“ya qayıtmaq istəyir. Amma hazırda həmin maşınları tapmaq da elə asan deyil. İndi gəlinlər üçün olan maşın bazarını üstü açıq, daha fərqli və ən son modellər bəzəyir. Vaxtilə dəbdə olan limuzinin də indi üzünə baxan yoxdu. Əvvəllər qiyməti “ceyran belində“ olan lumuzinlərin indiki qiyməti həddən artıq aşağıdır. Əgər 90-cı illərin ortalarında daha çox varlı adamlar limuzinə üstünlük verirdisə, indi heç orta təbəqə də bu maşının xidmətindən istifadə etmir. Onu da qeyd edək ki, hazırda daha çox balaca maşınları - “Kraysler“ləri, kabriolet modelli maşınları bəyənirlər. Əksəriyyətimiz gəlin maşınını xüsusi sürücünün idarə etdiyini görmüşük. Ancaq indi yeni cütlüklər maşını da özləri idarə etmək istəyirlər. Maşın kirayələnən zaman cütlüklərin bu istəyi də nəzərə alınır. Yəni maşını gələcək bəy özü də idarə edə bilər. Bu zaman isə maşının kirayə haqqı bir qədər də baha olur. Ancaq maşını kirayə verən sahibkarlar sükan arxasına özü oturmaq istəyən bəydən öncə sürücülük vəsiqəsi tələb edir. Çünki onun bu maşını Bakının basırıq küçələrində rahat sürə bilməsi üçün vəsiqə şərtdir.

“Bentley“də gəlin
getmək 700 manata
başa gəlir

Bəs maşın kirayələmək üçün təzəbəy nə qədər “tərləməlidir“? Ümumiyyətlə, Bakının bu bərkgedən maşınlarında gəlin aparmaq neçəyə başa gəlir? Sürücülərdən öyrənirik ki, üstüaçıq maşınların (kabriolet) kirayə məbləği 120 manatdır, “Mercedes-600“ isə 90 manat. Kasıb toyunun ən sərfəli maşını isə “Mercedes S 600“dir. Bu maşının birgünlük kirayə haqqı 50 manatdır. Digər maşınların qiymətlərinə gəlincə isə “Bentley“ - 120-700, “BMW X6“ - 400, “Hummer H3“ - 300, “Audi Q7“ - 300, “Mercedes AMG“ - 250-300, “Hummer H1“ - 250, “Lexus LX570“ - 250, “BMW X5“ - 250, “Rang Rover Sport“ - 200, “BMW 760i“ - 150, “BMW 745i“ - 150, “Mercedes SLK“ (kabriolet) - 120, “Mercedes 300 CE“ (kabriolet) - 120, “Porsche Cayenne Turbo“ - 120-140, 15. “Nissan Armada“ - 120-140, “Dodge charger“ - 100, “BMW Z3“ - 100, “Chrysler“ - 80-100, “Mercedes S 500“ - 70-80 manatdır. Onu da xatırladaq ki, bazarda belə maşınlara tələbat yüksək olan vaxt kirayə haqqı saata görə müəyyənləşirdi. İndi əksəriyyətin xarici maşını olduğuna görə kirayə haqqı günə görə müəyyənləşir.

“Maşına bəzək
vurung“

Xərclər hələ bununla bitmir. Əvvəllər gəlin maşınının üstünə balaca gəlincik əyləşdirib qız evinə yola düşürdülər. Ancaq indi o gəlincikləri güllər əvəzləyib. Maşının bəzədilməsi də əlavə xərc tələb edir. Düzdü, kirayə verilən maşınların bəziləri hazır bəzədilmiş formada olur. Ancaq bəzən də cütlüklər maşını istədikləri kimi bəzətdirmək istəyirlər. Bəs bu bəyə neçə manata başa gəlir? Əvvəlcə qeyd edək ki, maşın üstü üçün hazırlanan güllərin qiyməti gülün təbiiliyi, forması və böyüklüyünə görə dəyişir. Əgər maşınınızı sadəcə adi lentlə bəzətmək istəsəniz 20-30 manat verməlisiniz. Dekorasiyanı süni güllərdən ibarət edirsinizsə və toydan sonra gülü qaytaracaqsınızsa 40-55 manat verməyiniz kifayət edir. Təbii güllə bəzətmək isə 70-100 manata başa gəlir. Təbii ki, seçdiyiniz güllərə və bəzəyin formasına görə bu məbləğ 700-ə qədər qalxa da bilər.
Nigar İxtiyarqızı