Azərbaycan Aİ ilə təhsil sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir - Nazir müavini

12:17 12.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə təhsil sahəsində əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlıdır. Bunun üçün müəyyən işlər görülür, danışıqlar aparılır.

Hafta.az xəbər verir ki, bu sözləri Azərbaycanın Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev jurnalistlərə müsahibəsində söyləyib.

M.Məmməd-Quliyev deyib: “Bu gün Tbilisidə Avropa İttifaqının dəstəyi ilə Avropa Məktəbi fəaliyyət göstərir. Keyfiyyətli təhsil verilən həmin məktəbdə Azərbaycandan olan bir neçə şagird də təhsil alır. Biz Avropa məktəbində təhsil alan azərbaycanlı gənclərin sayının artırılmasını təklif etmişik".

Onun sözlərinə görə, həmin məktəbdə Azərbaycan vətəndaşı olan gənclərlə yanaşı, Gürcüstanda yaşayan azərbaycanlı gənclər də təhsilə cəlb oluna bilərlər”.