Azərbaycan Avropa Məhkəməsinə müraciət edib - Elçin Əmirbəyov

14:43 30.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 27-də Azərbaycan Avropa Məhkəməsinə müraciət edib.

Hafta.az-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə 1-ci vitse prezidentin köməkçisi Elçin Əmirbəyov deyib.

Onun sözlərinə görə, müraciət Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində külli miqdarda insan haqları pozulub:

"Avropa İnsan Hüquqları Konvensiyasının pozulması ilə bağlı faktlar artıq təqdim olunub. Həyat hüququnun pozulması ilə bağlı maddə imkan verir ki, Azərbaycanın müraciətinə baxılsın. Yaxın vaxtlarda müraciətə baxılacaq və Ermənistandan bununla bağlı izahat tələb olunacaq. Artıq video foto sübutlar Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim olunub. Xüsusilə kaset bombalardan istifadəilə bağlı beynəlxalq təşkilatlara bildirilib".

Oxunma sayı 710
Siyasət rubrikasından digər xəbərlər