Azərbaycan Avropanın ən zəif altı komandasından biridir

16:15 16.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

AÇ-2020-nin seçmə mərhələsində 8-ci turun oyunları başa çatıb. E qrupunda qərarlaşan Azərbaycan millisi 6-cı oyununda Macarıstanın qonağı oldu və 0:1 hesabı ilə uduzdu. Qələbəyə həsrət qalan Azərbaycan yığması bir xalla seçmə mərhələdə 55 komanda arasında ən pis göstəricələrə malik olan altı millidən biridir.
Azərbaycanla yanaşı, Litva və Estoniya da bir xal qazanıb. San Marino, Cəbəllütariq və Latviya isə xalsızdır. Nikola Yurçeviçin rəhbərlik etdiyi komanda 5 qol vurub, qapısından 14 top buraxıb.
Azərbaycan - 1 xal, 5:14
Litva - 1 xal, 5:19
Estoniya - 1 xal, 2:14
Cəbəllütariq - 0 xal, 2:19
Latviya - 0 xal, 2:27
San Marino - 0 xal, 0:43.

Oxunma sayı 32