“Azərbaycan BMT Təhlükəsizlik Şurasının daha bir sənədini icra etmiş oldu” - Sahibə Qafarova 

10:31 25.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisin sədri Sahibə Qafarova Kəlbəcərin işğaldan azad olunması ilə bağlı paylaşım edib. 

Hafta.az xəbər verir ki, paylaşımda bildirilib:

 “Bu gün Şanlı Azərbaycan Ordusu 1993-cü ildən bu yana erməni tapdağı altında qalan Kəlbəcər şəhərimizə daxil olub “. 

S.Qafarova bununla da Azərbaycan Resbublikasının BMT Təhlükəsizlik Şurasının daha bir sənədini - 27 ildən çoxdur icra olunmayan 822 saylı qətnaməsini icra etmiş olduğunu qeyd edib:

“Yaşasın Ali Baş Komandan, yaşasın Şanlı Ordumuz, yaşasın Azərbaycan!

Bütün Azərbaycan xalqının gözü aydın olsun, hər birinizi təbrik edirəm. Qarabağ Azərbaycandır!”

Oxunma sayı 226