Azərbaycan çempionatları ləğv olunub

21:48 11.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Koronavirus pandemiyası üzündən dayandırılan voleybol üzrə qadınlar arasında Azərbaycan Super Liqası və kişilər arasında Yüksək Liqasında 2020/21 mövsümü ləğv olunub.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Azərbaycan Voleybol Federasiyası (AVF) verib.

AVF ölkə çempionatlarında eyni sayda oyunların keçirilməməsi və təxirə salınan qarşılaşmaların olduğu üçün belə addım atıb. Super Liqa və Yüksək Liqa ilə yanaşı, martın 14-də dayandırılan qadın və kişilər arasında I Liqanın nəticələri də ləğv edilib. 

Oxunma sayı 353