Azərbaycan daha üç hərbçini Ermənistana qaytarıb

21:00 04.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi humanist siyasətə uyğun olaraq daha üç erməni hərbçi Ermənistana qaytarılıb.

Hafta.az-n məlumatına görə, Ermənistana qaytarılan şəxslər 10 noyabr 2020-ci ildə imzalanmış razılaşmadan sonra Qarabağda tərksilah edilərək tutulublar. Bunlar Robert Vardanyan, Samvel Şuxyan və Seyran Tamrazyandır.

Məlumatda o da deyilir ki, araşdırma zamanı onların erməni hərbçilər olduğu müəyyənləşsə də, cinayətkar fəaliyyətdə, o cümlədən Azərbaycan hərbçilərinin həlak olması və yaralanması ilə nəticələnən əməliyyatlarda iştirakları təsdiqlənməyib.

Qeyd edək ki, Azərbaycan indiyə qədər də humanistlik nümayiş etdirərək xeyli mülki ermənini və hərbçini qarşı tərəfə qaytarıb.

Oxunma sayı 434