Azərbaycan əhalisinin sayı açıqlandı

12:51 20.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İlin əvvəlindən Azərbaycan üzrə əhalinin sayı 63 009 nəfər və ya 0,6 faiz artaraq 2019-cu il oktyabr ayının 1-i vəziyyətinə 10 044 466 nəfərə çatıb.

Hafta.az-ın məlumatına görə, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Əhalinin bir kvadrat kilometrə düşən sayı 116 nəfər olub.

 

Oxunma sayı 34