Azərbaycan ən çox İtaliyaya məhsul göndərib

15:37 25.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən il Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələri arasında ən çox İtaliyaya məhsul ixrac edib.

Dövlət Gömrük Komitəsindən hafta.az-a bildirilib ki, Azərbaycanın keçən il ən çox məhsul ixrac etdiyi Aİ-yə üzv ölkələr İtaliya, Yunanıstan və Xorvatiya olub. İtaliyaya ixrac olunan məhsulların dəyəri 4 milyard 172,2 milyon ABŞ dolları, Yunanıstana 523,3 milyon dollar, Xorvatiyaya isə 470,8 milyon dollar olub.

Oxunma sayı 384