Azərbaycan Ermənistanın təxribatlarına cavab vermək məcburiyyətindədir - Türkiyəli analitik

14:44 27.09.2020 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ermənistan-Azərbaycan cəbhə xəttində Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın sivil yaşayış məntəqələrinin bombalanması üzərinə Azərbaycan ordusu əks-hücum əməliyyatlarına start verib.

Hafta.az xəbər verir ki, NTV xarici xəbərlər şöbəsinin müdiri Əhməd Yaşıltəpə son olayları dəyərləndirib. Rusiya xarici işlər naziri Sergey Lavrovun dünənki açıqlamalarına diqqət çəkən ekspert bildirib ki, Azərbaycan böyük quru əməliyyatlarına başlaya bilər.

"Ermənistan əslində uzun müddətdir ki, cəbhə xəttində təxribatlar törədir. Son olaraq iki ay ərzində ən böyük təxribatların yaşandığı bölgə Tovuz rayonu idi.  Bu gün isə, qarşılaşdığımız durum bir qədər cənubdadır. 2016-cı ildə bu bölgədə yenə də Azərbaycana və sivillərə qarşı ağır artilleriyadan istifadə olundu. Çox sayda sıravi vətəndaş həyatını itirdi. O dönəmdə Füzuli və Cəbrayılda şəhidlərimiz vardı. Azərbaycan ordusu dərhal qarşı hücuma keçdi və 24 saat içində 9 kilometr irəlilədi.

30 ilə yaxınlaşan bu problem bəlkədə ən önəmli qırılma nöqtələrindən birini yaşadı. Yəni Azərbaycan 30 il ərzində işğal altında qalan torpaqlarının bir qismini də olsa azad etməyi bacadı:

"Bu daha sonra beynəlxalq çərçivədə müzakirələrə yol açdı. Azərbaycan beynəlxalq mövqelərini qorumağı bacardı. Çünki nəhayətində BMT qətnamələrinə əsasən Azərbaycan öz torpaqlarını ələ keçirmişdi. İndi də Azərbaycan qərarlığını ortaya qoyarsa, quru əməliyyatlarına başlaya bilər. Bu hərəkatın qarşısındakı ən böyük əngəl Rusiyadır. Azərbaycan Ermənistanın təxribatlarına cavab vermək məcburiyətindədir".

Oxunma sayı 784