Azərbaycan gimnastları Dünya Yaş Qrupu Yarışlarında gümüş medal qazandı

16:17 05.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan yığması batut gimnastikası üzrə Dünya Yaş Qrupu Yarışlarında ilk medalını qazanıb. 

Hafta.az-ın məlumatına görə, Yaponiyanın paytaxtı Tokioda keçirilən turnirdə Maqsud Maqsudov və Hüseyn Abbasov fəxri kürsüyə yüksəliblər.

İdmançılarımız 11-12 yaşlı gimnastların sinxron mübarizəsində uğur qazanıblar. Onlar 2-ci yeri tutaraq gümüş mükafata yiyələniblər.