Azərbaycan gimnastları “Medea Cup”da qızıl medal qazanıblar

17:10 28.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanın paytaxtı Tbilisidə idman gimnastikası üzrə beynəlxalq “Medea Cup” turniri keçirilib.

Hafta.az-ın məlumatına görə, turnirdə yığma komandanın üzvləri Anar Həsənov, Rəsul Əhmədzadə və Ramin Dəmirov iştirak ediblər.

Həsənov sərbəst hərəkətlərdə, Əhmədzadə isə turnikdə birinci yeri tutub. Onlar müvafiq olaraq dəstəli atdakı çıxışlarına görə, 2-ci və üçüncü pillədə qərarlaşıblar. Rəsul Əhmədzadə parallel qollarda çıxış edərək, daha bir bürünc medala sahib olub.

Ramin Dəmirov isə halqalarla hərəkətdə üçüncü yeri tutub.