Azərbaycan heç bir hərbi blokun üzvü deyil - RƏY

16:46 10.07.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

NATO ilə Rusiya arasında danışıqlar üçün yenə Azərbaycan seçildi. Ötən ilin dekabr ayında da belə bir görüş Bakıda baş tutmuşdu. Bu olay ekspertlər tərəfindən ölkəmizin beynəlxalq miqyasda artan nüfuzu kimi xarakterizə olunur.

Politoloq Arzu Nağıyev hafta.az-a açıqlamasında bildirib ki, regionda bu görüşün keçirilməsi üçün Gürcüstan, Ermənistandan fərqli olaraq tam təhlükəsiz dövlət Azərbaycandır:

“NATO və Rusiyanın yüksək vəzifəli zabitlərinin, generalların Azərbaycanda görüşü birinci hal deyil. Ən mühüm məsələlərin müzakirəsi olanda görüş məkanı kimi Azərbaycan seçilir. Hər görüşdən verilən açıqlamalardan hiss olunur ki, onlar da Azərbaycanın seçilməsindən məmnundurlar. Son illərdə hərbi məsələlərin müzakirəsi üçün də Bakı seçilir. Məkanın seçilməsində ən mühüm prinsiplərdən biri təhlükəsizlik məsləsidir. Azərbaycan hər dəfə belə görüşlərin tam təhlükəsiz şəkildə keçirliməsinə əminlik yarada bilir. Azərbaycan hərbi baxımdan müstəqil siyasət yeridən bir dövlətdir. Heç bir hərbi blokun üzvü deyil”.

Siyasət rubrikasından digər xəbərlər