Azərbaycan ilə Xorvatiya arasında əməkdaşlığın perspektivləri müzakirə edilib - FOTO

22:22 21.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Xorvatiya Respublikasının Baş Naziri Andrey Plenkoviç ilə görüşüb.

Hafta.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Xorvatiya arasında imzalanan strateji tərəfdaşlıq sənədinə uyğun olaraq münasibətlərin səviyyəsindən məmnunluq ifadə edildi.

Söhbət zamanı ölkələrimiz arasında enerji, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Oxunma sayı 141