Gilad Şalitin azad edilməsi alqışlanır

15:15 20.10.2011
Yazını böyüt
Yazını kiçilt
Beynəlxalq liderlər İsrail əsgəri Gilad Şalitin azad edilməsini alqışlayıb. ABŞ dövlət katibi Hillari Klinton Liviyada müxbirlərlə görüşü zamanı deyib ki, əsgər olduqca uzun müddət saxlanıb. BMT-nin baş katibi Pan Gi Mun məhbusların mübadiləsinin İsrail-Fələstin sülh danışıqlarının bərpasına yardım edəcəyinə ümid bəslədiyini bildirib. Fransa prezidenti Nikola Sarkoziy fransız əsilli Şalitin azadlığa buraxılmasını alqışlayıb. Türkiyənin baş nazir müavini Bülent Arınc Ankaranın Şalitin azad edilməsində əvəzsiz rol oynadığını qeyd edib. Almaniya kansleri Angela Merkel məhbusların mübadiləsində Misirin rolunu alqışlayıb. Britaniyanın baş naziri Deyvid Kameron Britaniya xalqının Şalit və onun ailəsinin sevincini bölüşdüyünü deyib. İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst Fələstin məhbuslarının azadlığa buraxılmasını Fələstinin qələbəsi kimi qiymətləndirib. Qeyd edək ki, İsrail Şilitin əvəzinə hələlik 447 fələstinli məhbusu azad edib. Onlardan 42-i barədə Fələstindən deportasiya qərarı qəbul edilib. Qalanları isə öz evlərinə qayıdıblar. Deportasiya edilənləri Qətər, Suriya, Türkiyə və digər ölkələr qəbul edib.

Oxunma sayı 178