Azərbaycan komandası kubok qazanıb

12:20 13.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukraynanın paytaxtı Kiyevdə Liqa Smexa Qış Kuboku keçirilib. 

Hafta.az-ın məlumatına görə, “LiqaSmexa” yarışmasında Azərbaycanı təmsil edən yeganə "Как по Маслу" komandası 2019-cu il Liqa Smexa mövsümünün "Ən yaxşısəhnəciyi"nə görə kubok alıb.

Qeyd edək ki, "Azərbaycan Gülüş Liqa"sının təşkilati dəstəkçisi Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, baş sponsoru “Final Oil”dir.

Bu kubok Azərbaycan yumoru tarixinə düşəcək, çünki o, yumoristik “Liqa smexa” şousunda Azərbaycan komandasının qazandığı ilk kubokdur.

Xatırladaq ki, “Kak po maslu” komandası Azərbaycanı beynəlxalq yumor arenasında təmsil edən yeganə kollektivdir.

Komandanın kapitanı Cavid Şahbazbəyov bu hadisəni şərh edərək deyib: “Bizim komandamız yumor janrında kollektiv iş nümunəsidir. Uşaqların hər biri bu nəticəyə nail olmaq üçün əlindən gələni edib. Azərbaycan yumorunda bütövlükdə durğunluq prosesini müşahidə olunduğu bir şəraitdə “Kak po maslu” komandası ölkəmizdə yumorun inkişafı prosesində sanki bir udum təmiz hava rolu oynayıb. Beynəlxalq yumor festivallarında, bu cür layihələrdə Azərbaycanı təmsil edən komandaların sayının çox olması bizim üçün xoşdur. Ona görə də bu ildən etibarən Azərbaycanda “Liqa smexa Azərbaycan” fəaliyyət göstərir”.