Azərbaycan kubokunda yeni mövsüm başlayır

11:58 24.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan kubokunda 2020/21 mövsümünə start verilir.

 

Turnirin açılış oyunu Bakıda keçiriləcək.

 

“Səbail” klubu “ASCO Arena”da birinci divizion komandası “Zaqatala”nı sınağa çəkəcək. Premyer Liqada autsayderlər mövqeyində qərarlaşan “Səbail” aşağı dəstə təmsilçisi önündə favoritdir.

 

Cütün qalibi növbəti mərhələdə “Sumqayıt”a rəqib olacaq.

 

Qeyd edək ki, 1/8 finalın digər 3 oyunu (14:00. “Turan Tovuz” – “Qəbələ”, 16:00. “Qaradağ Lökbatan” – “Zirə”, 17:00. “Sabah” – “Kəpəz”) yanvarın 25-də keçiriləcək.

Oxunma sayı 1813