Azərbaycan mətbəxi Fransada keçiriləcək beynəlxalq festivalda nümayiş olunacaq

22:40 11.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan mətbəxi Fransanın paytaxtı Parisdə keçiriləcək beynəlxalq festivalda nümayiş etdiriləcək. 

Hafta.az "Report"-a istinadən xəbər verir ki, Azərbaycan 15-17 noyabrda Parisdə"Grand Palais" (Böyük Saray - red) də təşkil olunan "Festival du bien-manger"də ("Yaxşı yemək" festivalı - red) təmsil olunacaq.

Festival 3 gün davam edəcək. Tədbirdə Özbəkistan, Cənubi Koreya, Mərakeş, İspaniya da daxil olmaqla, 10-a yaxın ölkənin mətbəxi nümayiş etdiriləcək.

Oxunma sayı 23