Azərbaycan millisi Ukrayna ilə heç-heçə oynadı

21:49 19.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün yoxlama oyunu keçirib.
 
Hafta.az xəbər verir ki, Milan Obradoviçin çalışdırdığı yığmamız doğma meydanda Ukraynanın gənclərdən ibarət komandası ilə üz-üzə gəlib.
 
“Dalğa Arena”da baş tutacaq oyunda hesabı millimiz açıb. Amma ukraynalılar buraxılan topun əvəzini çıxıblar. Rəqib komandada hər hissənin sonunda bir futbolçunun meydandan qovulmasına baxmayaraq, millimiz bu üstünlükdən yararlana bilməyib və qarşılaşma heç-heçə yekunlaşıb.
 
Yoxlama oyunu

Azərbaycan – Ukrayna 1:1
Qollar: Ozan Can Kökcü, 48 - Nazari Rusin, 65.
Baş hakim: Orxan Məmmədov
Bakı. “Dalğa Arena”.
Oxunma sayı 25