Elçin Behbudov MTN-də monitorinq keçirib

15:15 14.10.2011
Yazını böyüt
Yazını kiçilt
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında monitorinq keçirib. Hüquq müdafiəçisinin verdiyi məlumata görə, istintaq təcridxanasında saxlanılan iki İran vətəndaşı ilə görüşüb. Onlar saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayət etməyiblər. İQAK rəhbəri həmçinin komitə sədri MTN-də olarkən orada saxlanılan Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovla da maraqlanıb: “Hacı Məmmədov, eləcə də saxlanılan digər şəxslər qanunvericiliyə uyğun olaraq hər həftə evdən gətirilən beş kiloqram azuqə ilə təmin olunurlar. Onlara hər həftə ailə üzvləri ilə telefon əlaqəsi yaratmağa şərait yaradılır. Hacı Məmmədovun kamerasında televizor da qoyulub. O, günün müxtəlif vaxtlarında televiziyanı izləyə bilir“.
Əli