Azərbaycan millisinin heyətində dəyişiklik edilib

11:39 19.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Təlim-məşq toplanışını Bakıda davam etdirən futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.

Hafta.az-ın məlumatına görə, Nihad İsmayılov zədəli olduğu üçün heyətdən çıxarılıb. Əvəzində EKOL-dan Faiq Əliyev hazırlıq prosesinə dəvət olunub.

Qeyd edək ki, milli komanda sentyabrın 21-dən 26-dək Rusiyanın Həştərxan şəhərində təşkil olunacaq Caspian Cup turnirində iştirak edəcək.