Azərbaycan müdafiə xərclərini kəskin artırdı

21:41 18.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri üçün 2020-ci il dövlət büdcəsində 5 mlrd. 826,7 mln. manat vəsait nəzərdə tutulub ki, bu da 2019-cu ilin göstəricisindən 22,5% çoxdur.

Bu barədə “İnterfaks-Azərbaycan”a Maliyyə Nazirliyindən məlumat verilib.

“Azərbaycanın milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərclərinin xüsusi çəkisi 2020-ci il dövlət büdcəsi xərclərinin 21,6%-ni təşkil edəcək. Bütövlükdə bu maddələr üzrə xərclər 22,5% artaraq 5 mlrd. 826,7 mln. manata (cari məzənnə ilə $3,4 mlrd.-dan çox) bərabər olacaq”, - deyə nazirliyin büdcə materiallarında qeyd olunur.

2020-ci il dövlət büdcəsində müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsi xərcləri 3 mlrd. 853,6 mln. manat ($2 mlrd. 266,8 mln.) təşkil edəcək ki, bu da 2019-cu ilin göstəricisindən 20,9% çoxdur.

Gələn il daha 1 mlrd. 973,1 mln. manat və ya $1,16 mlrd. məbləğində vəsaitin (artım 25,8%) məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılmasına yönəldilməsi planlaşdırılır.

Gündəm rubrikasından digər xəbərlər