Azərbaycan nefti 2 dollar bahalaşıb

12:14 05.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 4-də 68,56 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,01 dollar/barel çoxdur.

Bu barədə hafta.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 67,9 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,01 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 65,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,4 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 69,24 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,21 dollar/barel çoxdur.

Oxunma sayı 406