Azərbaycan nefti bahalaşdı

10:54 28.05.2019
Yazını böyüt
Yazını kiçilt

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 70,95 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,05 dollar/barel çoxdur.

 

Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 70,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,04 dollar/barel çoxdur. 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 67,13 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 0,01 dollar/barel azdır. 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 68,50 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,01 dollar/barel çoxdur.

Oxunma sayı