Azərbaycan nefti ucuzlaşdı

14:47 25.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 24-də 41,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,93 dollar/barel azdır.

 

Bu barədə hafta.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 41,02 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,93 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 40,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,48 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 40,87 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,57 dollar/barel azdır.

Oxunma sayı 1244