Azərbaycan nefti ucuzlaşıb

13:38 07.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 5-də 68,39 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,2 dollar/barel azdır.

Bu barədə hafta.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 67,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,18 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 65,73 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,26 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 69,09 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,21 dollar/barel azdır.

Oxunma sayı 476