Azərbaycan nefti ucuzlaşır

12:39 25.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 24-də 57,57 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,64 dollar/barel azdır.

Bu barədə hafta.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 56,8 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,66 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 52,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,97 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 55,98 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,59 dollar/barel azdır.

İqtisadiyyat rubrikasından digər xəbərlər