Yazını böyüt
Yazını kiçilt
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 25-də 55,83 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,22 dollar/barel azdır.
Bu barədə hafta.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 55,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,26 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 53,98 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,1 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 54,98 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,24 dollar/barel azdır.