Azərbaycan nefti ucuzlaşır

23:51 02.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 66,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,65 dollar/barel azdır.

Bu barədə hafta.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 64,68 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,65 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 59 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,03 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 64,98 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2 dollar/barel azdır.