Azərbaycan neftinin bir barreli 66,77 dollara satılır

11:58 25.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan neftinin qiyməti bahalaşıb.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,65 dollar artaraq 66,77 dollar təşkil edib. Bu, ötən ilin yanvarından bəri maksimum göstəricidir.

Qeyd edək ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Oxunma sayı 273