Azərbaycan Ordusu ancaq hərbi obyektlərə zərbə endirir - Müdafiə Nazirliyi

15:21 01.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan tərəfinin guya mülki şəxslərin Azərbaycan Ordusu tərəfindən atəşə məruz qalması ilə bağlı yalan məlumatlarını təkzib edib.

Bununla əlaqədar Müdafiə Nazirliyinin mətbuat xidmətindən hafta.az-a daxil olan məlumatda bildirilib:

“Ermənistan tərəfi Hadrut və Xocavənd yaşayış məntəqələrində məskunlaşan mülki əhalinin Azərbaycan Ordusunun atəşinə məruz qalması barədə növbəti yalan məlumat yayıb. Bir daha bildiririk ki, Ermənistandan ordusundan fərqli olaraq, Azərbaycan Ordusu mülki əhaliyə deyil, yalnız hərbi obyektlərə zərbələr endirir.

Bölmələrimiz tərəfindən düşmən işğalı altında olan Hadrut yaşayış məntəqəsindəki Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının qərargahına, onun tabeliyində olan 1-ci motoatıcı alayın infrastrukturuna və Xocavənddəki 3-cü motoatıcı alayın qərargahına atəş zərbələri endirilib”.

Oxunma sayı 227
Siyasət rubrikasından digər xəbərlər