Azərbaycan ordusu irəliləyir və Ermənistan təşvişdədir - Polkovnik

21:29 27.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan xalqı Dağlıq Qarabağ məsələsində bir mövqedən çıxış edir, hamı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yanındadır və biz bunu hər yerdə görürük, bu hər yerdə hiss olunur.

Bunu Trend-ə açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, ordumuzun həyata keçirdiyi əks-hücumlar və günün sonuna kimi olan uğurlar Azərbaycan cəmiyyətini sevindirməyə bilməz:

“Əlbəttə, bu insanlarda olan ruh yüksəkliyinə daha da rəng qatır. Hazırda bütün ölkə üzrə orduya dəstək, çağırışlar var. Bu bizim gözlədiyimiz andır, əmrdir. Bilirsiniz ki, hər bir kəs- istər əlisilahlı, istər mülki şəxslər deyirdi ki, artıq vaxtdır, uzatmaq bizim xeyrimizə deyil və bununla bağlı çoxlu sayda müraciətlər olub. Hal-hazırda hər bir vətəndaşın ürəyincə olan addım atılır, hamı bu qərarı dəstəkləyir və sevinir. Necə deyərlər, bu nəticə axarıncı olsun və Azərbaycan Ordusu tərəfindən yeni qələbələr və ürəkaçan məlumatlar alaq".

Şair Ramaldanov əlavə edib ki, Ermənistan əhalisi təşviş içindədir:

“Təbii ki, Ermənistan əhalisi hazırda təşviş içində olmalıdır, onlar belə bir addımın atılacağını gözləmirdilər. Bu günə kimi yalnız təxribat olub və Azərbaycan təxribatın qarşısı alıb, bu kimi irimiqyaslı əks-hücum olmayıb. Ona görə də onlar bu fonda düşünürdülər ki, artıq Azərbaycanın irimiqyaslı əməliyyat keçirməyə gücü çatmır yaxud istəkləri yoxdur. Başqa tərəfdən də onlar öz havadarlarına arxayın idilər. Ona görə bugünkü addım erməni cəmiyyəti və hərbçiləri üçün gözlənilməz oldu. Azərbaycan Ordusunun əks-hücumu nəticəsində demək olar ki, bütün hədəflər məhv olunub. Biz bununla bağlı məlumat alırıq və əsas odur ki, Azərbaycan Ordusu irəliləyir və onların hər uğurlu həmləsində Ermənistan əhalisində bu təşviş olacaq”.

Oxunma sayı 308