Azərbaycan Ordusunun hərbi qulluqçusu ürək çatışmazlığından vəfat edib - MN

21:19 04.12.2019 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbi qulluqçusunun vəfat etməsi ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi qulluqçu kapitan Məlikzadə Abbas Saleh oğlu səhhətində problem yarandığından tibb məntəqəsinə müraciət edib. O, sanitar nəqliyyat vasitəsilə hərbi hospitala təxliyə edilərkən yolda keçinib.

Həkimlərin ilkin ehtimalına görə hərbi qulluqçu ürək çatışmazlığından vəfat edib. Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir.

Oxunma sayı 26