Azərbaycan Prezidentinin köməkçisi İran səfiri ilə görüşüb

11:06 19.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Hafta.az-ın məlumatına görə, bu barədə H. Hacıyev “Twitter” hesabında paylaşım edib.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, görüşdə ikitərəfli münasibətlər nəzərdən keçirilib.

Eyni zamanda, mehriban qonşuluq və dostluq münasibətlərinin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Oxunma sayı 2200