“Azərbaycan prezidentinin təşəbbüsləri böhran liderliyinin təzahürüdür” – Əziz Əlibəyli

10:42 28.06.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt
Dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsünü dəstəklədi. Bir çox politoloqlar belə bir təşəbbüsün alqışlanmasını Azərbaycan prezidentinin dünyadakı liderlik nüfuzundan irəli gəldiyini düşünür.
 
BMT Baş Assambleyasının xüsusi sessiyası Qoşulmama Hərəkatının Sədri kimi Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVİD-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsinə dair təşəbbüsünə dünyanın dəstəyi Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVİD-19-a həsr olunan xüsusi sessiyasının keçiriləcəyi bir daha Azərbaycana və onun prezidentinə əlavə dividentlər gətirəcək. Bunu hətta Rusiya və Ukraynadan olan politoloqlar da deyirlər. Yəni, dünya dövlətlərinin Azərbaycana olan böyük etimadı və hörməti sayəsində belə bir tədbir gerçəkləşir.
 
Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli hafta.az-a açıqlamasında bildirib ki, təkcə dövlət liderliyi anlayışı yoxdur, ABŞ, Rusiya, Çin kimi dövlətlərin liderliyi təbiidir, ərazi və əhali potensialı, hərbi doktrinaları, dünyanın müxtəlif yerlərində müvəkkil savaşları aparmaq qabiliyyəti bunun göstəricisidir:
 
“Amma bir də şəxslərin liderliyi, böhran liderliyi anlayışı var ki, biz də onun tam mənada görüntüsünü qlobal pandemiya dövründə Azərbaycan rəhbəri İlham Əliyevin timsalında gördük. ÜST çərçivəsində Azərbaycanın oynadığı rol, aclıq səviyyəsində yaşayan üçüncü, hətta dördüncü səviyyəli ölkələrə maddi yardım göstərməsi, adından söz etdirməsi, Azərbaycan və İlham Əliyev adını qlobal səviyyəyə daşımağa kifayət etdi. Xatırlayırsınızsa, daha bir detal qlobal gərginlik dövründə BMT-dən sonra ən böyük dünya təşkilatı olan Bloklara Qoşulmamaq Hərəkatına İlham Əliyevin sədrlik etməsi ona imkan verdi ki, Azərbaycan rəhbəri təşəbbüsləri, üçüncü ölkələrə sahib çıxmaq çağırışı, adekvar reaksiyası, dünayda ilk qlobal onlayn konfransı keçirməsi, ölkələri Covid müharibəsinə qarşı mübarizəyə təşfiq etməsi böhran liderliyinin təzahürü idi”.
 
Əziz Əlibəylinin sözlərinə görə, ondan sonra biz eyni təşəbbüsü Avropa İttifaqı, ÜST, Microsof və digər TMK-larla münasibətlərdə də gördük. Bütün bunlarda bir - Azərbaycanın milli maraqları müdafiə olundu, iki – Azərbaycan dünya lideri kimi Yer kürəsinin vahid vətən olduğunu, hamıya sahib çıxmağın zəruriliyi vurğulandı:
 
“Bu proses özünün ən yüksək səviyyəsinə Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVİD-19-a həsr olunan xüsusi sessiyası ilə bağlı fikirlərində çatdı. Düşünürəm ki, davamlı proseslər dünyanın Azərbaycana dəstəyini artırır, Qarabağ probleminin həllində dünya ölkələrinin dəstəyini almaq sahəsində böyük uğurlar əldə edir, bütün bunlar isə böhran dövrünün lideri İlham Əliyevin qlobal idarəçilik bacarığı sayəsində formalaşmaqdadır”.
Oxunma sayı 4103
Siyasət rubrikasından digər xəbərlər