“Natiq ritm“ qrupu “Qran-pri“yə layiq görüldü

15:15 25.10.2011
Yazını böyüt
Yazını kiçilt
Azərbaycanın əməkdar artisti Natiq Şirinovun rəhbərliyi ilə “Natiq ritm“ qrupu Cənubi Koreyanın Geum San şəhərində zərb alətləri üzrə keçirilən “World Percussion Performance Art“ festival-yarışında iştirak ediblər. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yarışmada Azərbaycan nağara ustaları 54 ölkə arasında ən gözəl nəticə göstərərək “Qran-pri“ mükafatına layiq görülüb. Yarışma artıq sona çatsa da, festival hələ davam edir.Belə ki, 20-22 oktyabr tarixlərində “Natiq ritm“ qrupu master-klass verəcək, ayrıca konsert proqramı ilə çıxış edəcək, habelə festivalın təntənəli bağlanış mərasimində ayrıca musiqi nömrəsi ilə çıxış edəcək.

Nigar
Oxunma sayı 383