“Azərbaycan statistik göstəricilərdə də Ermənistanı nokauta salıb” – Sona Əliyeva

10:53 14.01.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Ölkə başçısı cənab İlham Əliyev 2019-cu ilin sosial-iqtisadi yekunları ilə bağlı keçirilən müşavirədə Azərbaycanla Ermənistanı müqayisə etdi. Ölkə başçısı iki ölkənin iqtisadi göstəricilərini rəqəmlərin dili ilə dilə gətirdi. Prezidentimiz haqlı olaraq bildirdi ki, Azərbaycan dünyanın aparıcı təşkilatlarının hazırladığı statistik göstəricilərdə ali, Ermənistan isə üçüncü liqadadır. Bu, işğalçı ölkənin gündən-günə hansı uçuruma sürükləndiyinin göstəricisidir. Azərbaycan statistik göstəricilərdə də Ermənistanı nakauta salıb”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Sona Əliyeva deyib. Millət vəkili bir məsələdə əminliyini ifadə edərək bildirib ki, bu göstəricilər gec-tez özünü Dağlıq Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə də müsbət təsir göstərəcək: “Çünki bir ölkənin gücü onun iqtisadi göstəricilərindən bilavasitə asılıdır. Azərbaycan isə bu mənada işğalçı ölkəni durmadan, günbəgün üstələyir. Azərbaycan bu gün dünya ölkələri üçün etibarlı tərəfdaşdır. İri, beynəlxalq əhəmiyyətli layihələrə donorluq edir”.

Millət vəkili deyib ki,  keçən il iqtisadi sahədə əldə edilmiş nəticələr çox yaxşı səviyyədədir. O, ölkə başçısının müşavirədə səsləndirdiyi göstəricilərə diqqət çəkib: “Təkcə 2019-cu ildə ümumi daxili məhsul 2,2 faiz artıb. Qeyri-neft sektorunda bu artım 3,5 faizə bərabərdir. Yola saldığımız ildə sənaye istehsalı 1,5 faiz artıb. Buna baxmayaraq, qeyri-neft sektorunda sənaye istehsalında 14 faiz artım müşahidə olunub. Bu da son illər ərzində sənaye sahəsində görülmüş işlərin əyani təzahürüdür”.

Sona Əliyevanın fikrincə bütün dünyada Azərbaycan sülh adası kimi tanınır. Bölgənin, regionun ən stabil ölkəsidir: “Bunun nəticəsidir ki, ötən il turistlərin ölkəmizə səfərləri rekord həddə çatdı. Yəni,  3 milyon 170 min xarici qonaq ölkəmizə gəldi. Onlar daha çox regionlara səfərlər etdilər. Bu da bölgələrimizdə turizmin inkişafının hansı səviyyədə olduğunun göstəricisidir. Ötən il xarici turistlər Azərbaycanda bütövlükdə 4,3 milyard manat pul xərcləyiblər. Bu da ölkəmizə artan marağın göstəricidir”. 

Siyasət rubrikasından digər xəbərlər