“Azərbaycan torpaqlarını işğaldan tam azad etməlidir”- Hasan Oktay

13:30 26.10.2020 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Ermənistan tərəfi Azərbaycana qarşı hərbi təxribatlar edərkən hadisələrin bu cür inkişafını gözləmirdi”. Bunu hafta.az-a Türkiyənin  Beynəlxalq "VİZYON" Universitetinin doktoru, politoloq Hasan Oktay regionla bağlı son gözləntilər ətrafında şərhində bildirib.

H.Oktay bildirib ki, sentyabrın 27-də Azərbaycanın Ermənistanın hərbi təxribatlarına qarşı əks-hücumu artıq bugünkü müharibəni reallaşdırdı. Politoloq hesab edir ki, Ermənistanın son hərbi təxribatları hakimiyyət uğrunda mübarizənin ifadəsi idi və Azərbaycan həm 27 ildir Rusiyanın dəstəyi və təşviqi ilə işğal altında saxlanan, həm də BMT tərəfindən Azərbaycan ərazisi kimi qəbul olunan Dağlıq Qarabağın -7 bölgənin işğaldan azad edilməsi üçün uğurlu əməliyyatlar aparır. Onun fikrincə, Ermənistandakı Paşinyan hökumətinin Rusiya siyasətindən imtina edərək qərbə inteqrasiya kursu Ermənistanın işinə yaramadı. İrəvan Paşinyan hökumətinin devrilməsinə dair strategiya hazırlayan Kremlin planlarını pozdu.

“Ermənistanda Paşinyan hökumətini gücləndirmək, onu qalıcı hala gətirmək üçün müharibəyə ehtiyac var idi. Əgər Azərbaycan işini yarımçıq qoyub işğala məruz qalan 7 rayon və şəhərləri xilas etməsəydi bunun ciddi mənfi nəticələri olardı. Bu məqamda prosesdə iştirak edən dövlətlər həm Azərbaycanın əlini gücləndirir, həm də Paşinyanın Robert Köçəryan və Serj Sarkisyana qarşı gücünü artırır.

Müharibə Azərbaycan ərazisində aparılsa da, Dağlıq Qarabağ mövzusunda daha ehtiyatlı davranır. Belə ki, əvvəlcə 7 bölgəni və Qarabağı işğaldan azad etmək, sonra növbəti mərhələdə danışıqlara başlamaq istəyir”.

Politoloq bildirib ki, bu əməliyyat Azərbaycanı BMT, ABŞ və Rusiya qarşısında gücləndirdi. Bu taktika və strategiya Ermənistanın dünya ictimai rəyində inkişaf etdirməyə çalışdığı təbliğatı da neytrallaşdırır.

“Paşinyan bu müharibədən istifadə edərək daha çox hakimiyyətini qalıcı hala gətirməyə çalışır. Rusiyanın Ermənistan ərazilərinə hücum ediləcəyi təqdirdə Kollektiv Təhlükəsizlik müqaviləsini aktivləşdirəcəyini elan etməsi Azərbaycanı rahatlaşdırır. Ermənistan isə Azərbaycanı mübahisəli ərazilər xaricində, xüsusən də Gəncəyə hücum edərək İrəvana atəş açaraq cavab verməsini istəyir”.

Politoloq hesab edir ki, bu taktika və strategiya oyunlarında Azərbaycan işğal olunmuş ərazilərini təxribata getmədən, beynəlxalq hüquqa söykənərək işğaldan azad etməyə qalxıb.

“ABŞ seçkilərindən əvvəl xarici işlər nazirlərinin danışıqlarından aydın bir nəticənin meydana çıxmaması ona əsas verir ki, Azərbaycan vaxt itirmədən 3 noyabradək torpaqlarını işğaldan azad etməli və  bütün işğalı ortadan qaldırandan sonra sülh masasına oturmalıdır. Azərbaycanın qəti şəkildə qələbə çalması lazımdır. Bundan sonra zatən masada kimin olub-olmamasının heç bir əhəmiyyəti olmayacaq”.

 

Oxunma sayı 748
Siyasət rubrikasından digər xəbərlər