“Azərbaycan türk dilli ölkələrin əməkdaşlığında körpü rolunu oynayır” – Nəsib Məhəməliyev

11:44 15.10.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Türkiyənin terrorçuluğa qarşı apardığı mübarizə ərəfəsində qardaş ölkələrin bir araya gələrək dəstək vermələrinin əhəmiyyəti olduqca böyükdür. Eyni zamanda Avropa parlamentində Türkiyənin əleyhinə qətnamənin qəbul olunmasına imkan verməyən Macarıstanın baş naziri Viktor Orbanın iştirakı, sammitin nüfuzunun artması deməkdir”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev Türk Şurasının 10-cu ildönümü ilə bağlı Bakıda keçirilən zirvə toplantısından bəhs edərkən deyib. Millət vəkili bildirib ki, xüsusi olaraq Özbəkistan prezidenti Şavkat Mirziyoyevin böyük bir nümayəndə heyəti ilə birlikdə türk əməkdaşlıq şurasının işində iştirakı xüsusi vurğulanmalıdır: “Hamıya bəllidir ki,uzun illər müəyyən səbəblərə görə, Özbəkistan türk dilli ölkələrin əməkdaşlıq sammitlərində iştirak etmirdi.Ancaq yeni president Mirziyoyev  cənab İlham Əliyevlə görüşündə səmimi, xeyirxah fikirləri ilə Azərbaycana olan münasibətini tam açıqlığı ilə ortaya qoydu. Adətən MDB dövlət başçıları, hətta türk dilli dövlətlərin rəhbərləri belə, bəzi hallarda ərazi bütövlüyümüzlə bağlı qəti fikir deməkdə ehtiyatlanırlar.Bu baxımdan cənab Mirziyoyevin qətiyyətli mövqeyi, həm ikitərəfli münasibətlərə, həm də türkdilli ölkələrin inteqrasiyasına öz töhfəsini verəcəkdir. Respublika prezidenti İlham Əliyevin ,, Valday,, diskussiya klubunda və Aşqabad sammitindəki tarixi faktlara söykənən və qətiyyətlə ermənilərin iç üzünü açan çıxışı, düşünürəm ki, digər dövlət başçıları üçün də bir növ presedent yaradıb.Heç bir şübhə yoxdur ki, onlar İlham Əliyevin timsalında etibarlı, cəsarətli , güclü lider görürlər”.

Millət vəkili bildirib ki, Qazaxıstan lideri Nursultan Nazarbayevin türk əməkdaşlıq sammitinin fəxri sədri seçilməsi isə hər bir azərbaycanlının qəlbinin səsidir: “O, əsl ağsaqqal kimi, bütün səviyyələrdə prinsipiallıq göstərərək Azərbaycanın mövqeyini dəstəkləyib. Baxmayaraq ki,Kollektiv müdafiə, gömrük, Avrasiya ittifaqında, düşmən Ermənistanla eyni təşkilatlardadırlar, zaman-zaman erməni rəhbərlərini aşağılamaqdan belə çəkinməyib.Dünyada gedən prosesləri təhlil etdikdə, belə bir qənaət əldə olunur ki, gələcəkdə türk dilli ölkələrin əməkdaşlığı daha da möhkəmlənəcək və bu əməkdalıqda ölkəmizin mövqeyi olduqca zəruridir. Eyni zamanda körpü yolunu oynayır. Perspektiv də Avropa Birliyi kimi güclü söz sahibinə çevrilə bilər”.

Oxunma sayı 35
Siyasət rubrikasından digər xəbərlər