Azərbaycan UEFA reytinqində mövqeyini qoruyub

10:48 12.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avrokubokların I təsnifat mərhələsinin ilk oyunları başa çatıb.

Avropa Liqasının bir gün keçirilən 43 matçından sonra siyahıda bəzi dəyişikliklər olub.

Bu yerdəyişmələr əsasən cədvəlin ikinci yarısında qeydə alınıb. Rumıniya Lixtenşteyni, Cəbəllütariq İslandiyanı, Gürcüstan Kosovonu arxada qoyub. Bundan başqa, Latviya 3, Bosniya və Herseqovina 2 pillə irəliləyibsə, Moldova ilə Lüksemburq 1, İrlandiya 2 addım geri düşüb.

 Azərbaycan aktivinə növbəti qazancı əlavə edib. Moldovada “Speranta”nı 3:0 hesabı ilə yenən “Neftçi” ölkəmizin aktivinə 0,250 xal gətirib. Bununla da cari mövsümün qazancı 0,375-ə çatıb. Bakılılardan bir gün əvvəl “Qarabağ” əmsalımızı 0,125 xal artırmışdı.

Beləliklə, Azərbaycanın son 5 mövsüm üçün reytinqi 15,750-yə yüksəlib. Ölkəmiz UEFA-nın 55 üzvü arasında 26-cıdır.

Mövqeyi dəyişməz qalan Azərbaycan bir pillə öndə qərarlaşan Qazaxıstandan 1,000 xal geridirsə, Polşanı 0,875 xal qabaqlayır.

Qeyd edək ki, cədvələ İspaniya başçılıq edir – 85,640.

Oxunma sayı 49