Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərləri başlayır

20:20 14.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 17-də Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycana 5-6 nəfərlik erməni jurnalist qrupu gələcək. Virtualaz.org-un xüsusi müxbirinin əldə etdiyi bu xəbəri XİN-dən nə təsdiq, nə təkzib ediblər. Amma “Yeni nəsil” jurnalistlər birliyinin sədri Arif Əliyev xəbəri təsdiqləyib. O, deyib ki, erməni jurnalistlərinin Bakıya səfər edəcəyi haqda eşidib: "Amma "Yeni nəsil" jurnalistlər birliyi bu səfərin təşkilində iştirak etmir"

Məlumata görə noyabrın 18-19-da Azərbaycan jurnalistlərinin bir qrupunun Ermənistana səfəri planlaşdırılır.

Xatırladaq ki, bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada ATƏT-in Baş katibi Tomas Hermingerlə keçirdiyi brifinqdə Qarabağ münaqişəsi tərəflərinin “vəziyyəti bir az yumşaltmaq və etimad atmosferinin yaradılmasını dəstəkləmək üçün” jurnalistlərin qarşılıqlı səfərləri barədə razılıq əldə etdiklərini açıqlamışdı.