Azərbaycan və Kuba onkologiya sahəsində əməkdaşlıq imkanlarını dəyərləndirir

18:20 03.03.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Kubanın ölkəmizdəki səfiri Alfredo Nieves Portuondo ilə Azərbaycanın Milli Onkologiya Mərkəzinin rəhbəri akademik Cəmil Əliyev arasındadə görüş keçirilib.

Hafta.az-ın yazdığına görə, Milli Onkologiya Mərkəzində baş tutan görüşdə iki ölkə arasında onkologiya sahəsində əməkdaşlığın yolları müzakirə olunub. 

Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzi ilə Kuba Respublikasının Milli Onkologiya və Radiobiologiya İnstitutu arasında əməkdaşlıq mövzusu bu gün 

Görüş zamanı akademik C.Əliyev rəhbəri olduğu mərkəzin son onillərdə qazandığı texnoloji uğurları, yüksək ixtisaslı kadr hazırlığını və xəstələrin müalicəsində əldə edilən təcrübə barəsində söhbət açıb. O, həmçinin Azərbaycanın onkologiya sahəsində qazandığı mühüm nailiyyətləri vurğulayaraq, ölkədə müasirləşmə ilə bağlı ətraflı məlumat verib.

Səfir Nieves Portuondo öz növbəsində bildirib ki, iki mərkəz arasında, Kuba və Azərbaycanın xərçəngin profilaktikası və müalicəsi sahəsindəki təcrübələrini bölüşməyə imkan verəcək əməkdaşlıq sazişinin imzalanmasını çox mühüm addım hesab edir. Eyni zamanda, kubalı diplomat bu əməkdaşlığın əsas məqsədinin mərkəzlər arasında koordinasiya mexanizmlərinin inkişaf etdirilməsinə, mütəxəssislər arasında elm, tədqiqat və tibb sahəsində əlaqələrin qurulmasına yönələcəyinə əminliyini bildirib.

Görüşdə iştirak edən Azərbaycandakı Kuba Tibb Briqadasının rəhbəri, həkim Dalsi Torres Ávila, öz növbəsində, Adanın Milli Onkologiya və Radiobiologiya İnstitutunun maddi bazası və insan resursları barədə ətraflı məlumat verib. Bundan əlavə, Kubanın dünyada ən öndə gedən müalicə və dərman preparatları bələdçilərindən yararlandığını və getdikcə hər xəstənin xüsusiyyətlərinə görə, hər fərdə uyğun müalicə tətbiq etməyə çalışdığını vurğulayaraq, minlərlə xəstədə ümidverici nəticələr verən ağ ciyər xərçənginə qarşı CIMAvax-EFG Kuba peyvəndinin əldə etdi uğurlardan söhbət açıb.

Qeyd edək ki, Azərbaycan Milli Onkologiya Mərkəzi xərçəng müalicəsində elmi, metodiki və profilaktik işləri koordinasiya edən idarəetmə strukturudur.

Qurum Rusiya, Türkiyə, İngiltərə, Almaniya, ABŞ, İsrail, Ukrayna, Özbəkistan və digər MDB ölkələrindəki homoloq qurumlar ilə əməkdaşlıq edir. Mərkəz Beynəlxalq Xərçənglə Mübarizə Birliyinin (UICC) həqiqi üzvüdür.

Oxunma sayı 1833