Azərbaycan və Polşa hərbi hüquq ekspertləri arasında görüş keçirilib - FOTO

14:20 07.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası və Polşa Respublikası Müdafiə Nazirlikləri arasında imzalanmış illik hərbi əməkdaşlıq planına əsasən Bakıda iki ölkənin hərbi hüquq üzrə ekspertlərinin işçi görüşü keçirilib.

Hafta.az Müdafiə Nazirliyinə istinadən məlumat verir ki, tədbirdə hüquq xidmətinin təşkili məsələləri, hərbi qanunvericilik və hərbi hüquqşünasların xidməti fəaliyyəti sahəsində qazanılan təcrübəyə dair qarşılıqlı fikir mübadiləsi aparılıb, hərbi qulluqçuların və onların ailə üzvlərinin sosial-hüquqi müdafiəsinin xüsusiyyətləri, eləcə də bir sıra digər məsələlər müzakirə olunub.