Azərbaycan vətəndaşlarının Türkiyənin zəlzələ bölgəsindən təxliyəsi davam edir

22:38 25.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan vətəndaşlarının Türkiyənin zəlzələ bölgəsindən təxliyəsi davam edir.

Ölkəmizin Türkiyədəki səfirliyindən verilən məlumata görə, Elazığda bir yerə toplaşan vətəndaşlarımız Malatya şəhərindən yola düşən ikinci avtobusla İğdıra, oradan da Naxçıvana aparılacaq. Naxçıvandan təyyarə ilə Bakıya yola salınacaq vətəndaşlarımızın Türkiyəni tərk etmək üçün sənədləri qaydasındadır.

Vətəndaşlarımızı təxliyə edən birinci avtobus yerli vaxtla saat 17.00-da Elazığdan Naxçıvana yola düşüb.