Azərbaycan VKC Karate Do Federasiyasının 1-ci vitse-prezidenti təyin olunub

11:03 11.12.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İdmançı Akşin Hüseynov səsvermə nəticəsində Azərbaycan VKC Karate Do Federasiyasının 1-ci vitse-prezidenti təyin olunub. 

Hafta.az yazır ki, A.Hüseynovu kollektivə təqdim edən federasiyasının rəhbəri Nurəddin Quliyev, onun federasiyanın fəxri üzvü olaraq hər zaman etimadı doğruldaraq yüksək nəticələr əldə edən idmançı, məşqçi və təşkilatçı biri kimi dəyərləndirib. A.Hüseynovun bu təyinatının qarşıdakı yeni zəfərlərə müsbət təsir göstərəcəyinə inandığını deyib. 



Göstərilən etimada görə təşəkkürünü bildirən yeni idmançı kollektivlə uğurlu əməkdaşlığa və qarşıya qoyulan hədəflərə birgə səylə çatacaqlarına ümid etdiyini söyləyib. 

Karatenin inkişafının dövlət dəstəyinə görə bir daha təşəkkürünü çatdıran A.Hüseynov, gələcəkdə beynəlxalq arenalarda böyük nəticəyə nail olmaq üçün bütün imkanları səfərbər edəcəyini bildirib. 

Oxunma sayı 62