Azərbaycan Xalq Cümhuriyyəti qurucularının varisləri xalqımızı Respublika Günü münasibətilə təbrik ediblər

21:43 26.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xaricdə yaşayan varisləri Diaspor TV vasitəsilə xalqımızı Respublika Günü münasibətilə təbrik ediblər.

Hafta.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsi 28 may - Respublika Günü ərəfəsində Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xaricdə yaşayan varisləri, yaxın və uzaq qohumları ilə əlaqə saxlayıb, onlara sevgi və sayğımızı, varisləri olduqları tarixi şəxsiyyətləri böyük ehtiramla yad etdiyimizi çatdırıblar.

Cümhuriyyət qurucularının varisləri, qohumları Komitənin nəzdində fəaliyyət göstərən Diaspor TV vasitəsilə Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edərək xoş arzularını çatdırıblar. Diaspor TV-də Fətəli xan Xoyski, Mustafa bəy Vəkilov, Əhməd bəy Ağaoğlu, Əhməd Cavad, Ceyhun Hacıbəyli və başqa görkəmli dövlət xadimlərinin varislərinin, qohumlarının videotəbrikləri yayımlanıb.

Azərbaycan Xalq Cümhuriyyəti qurucularının varisləri göstərilən diqqətə və yaradılan virtual imkana görə Azərbaycan dövlətinə, o cümlədən Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlıq ediblər.

Oxunma sayı 494