Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarını anır - FOTOREPORTAJ

11:50 26.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini anır. Minlərlə insan "Ana harayı" abidəsinə üz tutaraq soyqırım şəhidlərinə ehtiramlarını bildirirlər. Hafta.az anım yerındən fotoları təqdim edir:

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini zəbt edib, etnik azərbaycanlılara qarşı soyqırımı törədiblər. Bu qırğının nəticəsində 613 nəfər həlak olub.

Azərbaycanın Dağlıq Qarabağ regionu və yeddi ətraf rayon Ermənistan silahlı qüvvələri tərəfindən 1992-1994-cü illərdə işğal edilib.

Ermənistanın işğalçı siyasəti nəticəsində bir milyondan çox azərbaycanlı öz torpaqlarından didərgin düşüb.

1993-cü ilin aprel-noyabr aylarında BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğalını pisləyən, erməni silahlı qüvvələrinin bu ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün şərait yaradılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edib.

2008-ci ilin mart ayında BMT Baş Məclisində beynəlxalq birliyin Təhlükəsizlik Şurasının qətnamələrində ifadə edilmiş mövqeyini bir daha təsdiqləyən 62/243 saylı qətnamə qəbul olunub. Müxtəlif ölkələrin və beynəlxalq təşkilatların qanunverici orqanları BMT Təhlükəsizlik Şurasının bu qətnamələrini əsas götürərək, erməni işğalçı qüvvələrinin Azərbaycandan çıxarılmasını tələb edən sənədlər qəbul ediblər.

 

Gündəm rubrikasından digər xəbərlər