Azərbaycan - Xorvatiya matçının hakimi dəyişdirildi

17:23 08.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Xorvatiya matçının hakim təyinatında dəyişiklik edilib.
 
Hafta.az AFFA-nın saytına istinadən xəbər verir ki, Sladan Yosipoviçin səhhətində problem yarandığı üçün yan xətt hakimi funksiyasını Alain Heyniger yerinə yetirəcək. 
 
Azərbaycan – Xorvatiya matçını İsveçrədən olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Sandro Şörer olacaq.
 
Sentybarın 9-da, 8-ci km stadionunda keçiriləcək Azərbaycan – Xorvatiya matçı saat 20:00-da start götürəcək.
 
AÇ-2020-nin seçmə mərhələsi
9 sentyabr
 
Azərbaycan - Xorvatiya
Baş hakim: Sandro Şörer
Baş hakimin köməkçiləri: Stefane De Almeyda, Alain Heyniger
Dördüncü hakim: Fedayi San (Hamısı İsveçrə)